525.Az

Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib


 

Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib<b style="color:red"></b>

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktoru müəyyən olub.

525.az xəbər verir ki, Yayım Şurasının 8 üzvünün yekdil səsverməsi ilə İTV-nin baş direktoru Balakişi Qasımov yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib.

Məlumat üçün bildirək ki, Balakişi Qasımov 2018-ci ildə də Yayım Şurasının üzvlərinin səsverməsi nəticəsində İTV-nin baş direktoru seçilib.

Baş direktor Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir.

 





25.05.2026    çap et  çap et