525.Az

İsraildə təyyarə qəzası - 2 ölü


 

İsraildə təyyarə qəzası - <b style="color:red"> 2 ölü</b>

İsraildə kiçik ölçülü təyyarə qəzaya uğrayıb.

525.az xəbər verir ki, bu barədə “12-ci Kanal” televiziyası məlumat yayıb.

Bildirilib ki, təyyarə Afula bölgəsindəki Tel Adashim yaşayış məntəqəsində qəzaya uğrayıb.

Qəza zamanı təyyarədə olan iki nəfər ağır yaralanıb. Yaralılar xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.

Qəzanın səbəbi hələlik məlum deyil və araşdırma aparılır.

İbrahim Cəfərov

 





26.05.2026    çap et  çap et