525.Az

Çində daşqınlar nəticəsində 9 nəfər ölüb, 11 nəfər itkin düşüb


 

Çində daşqınlar nəticəsində 9 nəfər ölüb, 11 nəfər itkin düşüb<b style="color:red"></b>

Çində şiddətli yağışlar daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Çunçin şəhərində şənbə günündən başlayan şiddətli yağışların yaratdığı daşqınlardan sonra 9 nəfər ölüb, 11 nəfər itkin düşüb.

Dövlət televiziyası CCTV axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi barədə məlumat yayıb. Həmçinin qeyd olunub ki, 2000-dən çox sakin təhlükəsiz ərazilərə təxliyə edilib.

İbrahim Cəfərov

 





26.05.2026    çap et  çap et