Pakistanın Bəlucistan əyalətində təhlükəsizlik işçilərini və onların ailələrini daşıyan qatara qarşı təşkil edilən terror aktı nəticəsində ölənlərin sayı 47-ə çatıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 98 nəfər yaralanıb.
Rəsmilər partlayış nəticəsində üç vaqonun relsdən çıxdığını və ikisinin aşdığını bildiriblər. Separatçı Bəlucistan Azadlıq Ordusu (BLA) hücuma görə məsuliyyəti öz üzərinə götürərək, bunu terror aktı kimi xarakterizə edib.
İbrahim Cəfərov
çap et