525.Az

Avtomobil fillə toqquşdu, 3 nəfər həlak oldu


 

Avtomobil fillə toqquşdu, 3 nəfər həlak oldu<b style="color:red"></b>

Uqandada minik avtomobili qoyub keçməyə cəhd edən fillə toqquşub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza Murçison-Folls milli parkı ərazisində baş verib.

Nəticədə avtomobildə olan 7 nəfərdən üçü hadisə yerində keçinib. Digər 4 nəfər isə ağır xəsarətlər alıb. Onların hamısının Uqanda vergi xidmətinin əməkdaşları olduğu bildirilir.

Yeri gəlmişkən, yerli mətbuatda qəzaya səbəb olan filin aqibəti barədə məlumat verilmir.

L.Tağıyeva

 





26.05.2026    çap et  çap et