525.Az

Böyük Britaniyanın yeni səfiri Azərbaycana gəlib


 

Böyük Britaniyanın yeni səfiri Azərbaycana gəlib<b style="color:red"></b>

Böyük Britaniyanın yeni təyin olunmuş səfiri Duncan Norman Azərbaycana gəlib.

525.az xəbər verir ki, bu barədə diplomat "X" hesabında bildirib.

O, Azərbaycana Böyük Britaniyanın yeni təyin olunmuş səfiri kimi gəlməyin tamamilə fərqli bir hiss olduğunu bildirib.

“Bu ölkənin mədəniyyətini və qonaqpərvərliyini artıq hiss etmişəm. Ölkələrimizi 30 ildən çoxdur ki, davam edən möhkəm dostluq və qarşılıqlı etimad bağları birləşdirir. İkitərəfli münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdiyimiz dövrdə bu vəzifəyə başlamaqdan qürur və şərəf duyuram. Sizlərlə tanış olub birlikdə çalışmağı səbrsizliklə gözləyirəm”, - səfir söyləyib.

Pərvanə Sultanova

 





26.05.2026    çap et  çap et