525.Az

"İran dondurulmuş 24 milyard dollarını geri ala bilər" - "Tasnim"


 

"İran dondurulmuş 24 milyard dollarını geri ala bilər" -<b style="color:red"> "Tasnim"</b>

Tehran və Vaşinqton arasında imzalanacaq sülh sazişi çərçivəsində İranın dondurulmuş təxminən 24 milyard dollarlıq vəsaiti qaytarıla bilər. 

525.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.

Qeyd olunub ki, İran bu məbləğin yarısını anlaşma memorandumu imzalanandan dərhal sonra almaq istəyir, qalan hissə isə növbəti 60 gün ərzində əlçatan olacaq.

Pərvanə Sultanova

 





26.05.2026    çap et  çap et