525.Az

SOCAR Çin şirkəti ilə "Abşeron" yatağında əməkdaşlığı müzakirə edib


 

SOCAR Çin şirkəti ilə "Abşeron" yatağında əməkdaşlığı müzakirə edib<b style="color:red"></b>

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "China Offshore Oil Engineering Company" (COOEC) şirkəti arasında Xəzər dənizində yerləşən "Abşeron" yatağının tammiqyaslı işlənməsi layihəsi çərçivəsində mümkün əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.

525.az SOCAR-a istinadən xəbər verir ki, bu barədə şirkətin vitse-prezidenti Babək Hüseynov və COOEC-un baş direktorunun müavini Vanq Vey ilə görüşdə aparılıb.

Görüşdə iki şirkət arasında potensial tərəfdaşlıq imkanları nəzərdən keçirilib və əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb.

Söhbət zamanı qonaqlara SOCAR-ın strateji hədəfləri, quruda və dənizdə həyata keçirdiyi enerji layihələri barədə ətraflı məlumat verilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 





26.05.2026    çap et  çap et