525.Az

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək


 

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev iyunun 12-si saat 11:00-da Sumqayıtda şəhər sakinlərini qəbul edəcək.

Bu barədə 525.az-a DSMF-dən məlumat verilib.

“Pensiya, sosial müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və fərdi uçotla bağlı sualınız varsa, iyunun 5-dək fondun Sumqayıt şəhərində yerləşən Abşeron-Xızı Regional Filialına müraciət etməklə və ya (055) 912-34-22 telefon nömrəsinə zəng edib, [email protected] elektron ünvanına yazıb, eləcə də DSMF-nin sosial şəbəkə hesabları vasitəsilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz”, - deyə məlumatda vurğulanıb.

 





26.05.2026    çap et  çap et