525.Az

Laçında 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib


 

Laçında 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib<b style="color:red"></b>

Şəhid Ədalət Məmmədov adına Zabux kənd tam orta ümumtəhsil məktəbində 28 May – Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

525.az xəbər verir ki, tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi, icra nümayəndələri, güc strukturlarının təmsilçiləri, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Xüsusi nümayəndəliyin rəsmisi Hüseyn Quliyev çıxışında bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli dövlətçilik tariximizin mühüm mərhələlərindən biridir. Qeyd olunub ki, müstəqillik ənənələrinin yaşadılması, dövlətçilik dəyərlərinin təbliği və gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə çıxış edən məktəbin direktoru, tarix müəllimi Mübariz Rüstəmov qonaqları salamlayaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının Azərbaycan dövlətçilik tarixindəki müstəsna rolundan danışıb. O, dövlətçilik ənənələrinin qorunmasının və müstəqil Azərbaycanın əldə etdiyi nailiyyətlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbirin bədii hissəsində şagirdlərin təqdim etdikləri vətənpərvərlik mövzusunda şeirlər, mahnılar və kompozisiyalar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

 





26.05.2026    çap et  çap et