525.Az

Naxçıvanın məscidlərində bayram namazı qılınıb


 

Naxçıvanın məscidlərində bayram namazı qılınıb<b style="color:red"></b>

Mayın 27-si saat 9:00-da Naxçıvan Muxtar Respublikasında Qurban bayramı münasibətilə bayram namazı qılınıb.

525.az xəbər verir ki, bayram namazı Naxçıvan şəhərindəki Heydər məscidində və muxtar respublikanın bütün rayon, kənd məscidlərində qılınıb.

Bayram namazında ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi də yad olunub, ruhlarına dualar oxunub.a

 





27.05.2026    çap et  çap et