525.Az

Hacıqabulda oğurluq edən iki nəfər həbs olunub


 

Hacıqabulda oğurluq edən iki nəfər həbs olunub<b style="color:red"></b>

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində evlərin birindən oğurluq etməkdə təqsirli bilinən Mahir Abdullayev və Sahil Məmmədov saxlanılıblar.

525.az-a bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslər M.Abdullayevin qohumuna məxsus evdən 25 min manat və 10 min ABŞ dolları oğurlayıblar.

Faktla bağlı cinayət işi başlanılıb, M.Abdullayev və S.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 





27.05.2026    çap et  çap et