Müsəlman dünyasının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı respublikanın hər yerində olduğu kimi, Ağdam rayonunda da yüksək əhvali-ruhiyyə ilə qeyd olunur.
525.az xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin nəzarəti ilə qurbanlıq heyvanların kəsimi həyata keçirilib. 4 iri və130 xırdabuynuzlu heyvan rayonun İmamqulubəyli kəndi ərazisindəki kəsim məntəqəsində gigiyenik qaydalara və dini ənənələrə əməl edilməklə kəsilib və 3 minə yaxın qurban payı şəhid ailələrinə, imtiyazlı və aztəminatlı şəxslərə verilib.
Sakinlər bu əziz gündə onlara göstərilən maddi və mənəvi dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını diləyiblər.
Qurban bayramı münasibətilə rayonun məscidlərində xalqımızın xoş rifahı və ölkəmizin tərəqqisi naminə dualar edilib, İslam dininin, müqəddəs “Qurani-Kərim”in tövsiyə etdiyi mənəvi dəyərlərə riayət etməyin vacibliyi xatırlanıb.
çap et