525.Az

"Kəpəz" Rəhman Hacıyevlə müqavilənin müddətini uzadıb


 

"Kəpəz" Rəhman Hacıyevlə müqavilənin müddətini uzadıb<b style="color:red"></b>

"Kəpəz" klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.

525.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.

"Sarı-göylər" Rəhman Hacıyevlə 1+1 illik yeni sözləşmə imzalayıb.

Xatırladaq ki, cinah yarımmüdafiəçisi bu ilin yanvarında komandaya qoşulub. O, başa çatan mövsümdə 16 oyuna 2 qol vurub. "Kəpəz" daha əvvəl Dioqo Verdaska ilə müqavilənin müddətini uzadıb.

 





27.05.2026    çap et  çap et