525.Az

Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək


 

Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək<b style="color:red"></b>

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasimi iyunun 2-nə təyin olunub.

525.az xəbər verir ki, təqdimat Gürcüstanda Axalkalaki stansiyasında təşkil olunacaq.

Mərasimdə Gürcüstan, Azərbaycan və Türkiyənin rəsmi şəxslərinin iştirakı gözlənilir.

Qeyd edək ki, BTQ dəmir yolu xətti 2017-ci ildən test rejimində fəaliyyət göstərir. Magistralın uzunluğu 827 kilometr təşkil edir ki, bunun da 213 kilometri Gürcüstanın ərazisində yerləşir.

 





28.05.2026    çap et  çap et