525.Az

Azərbaycan minifutbol millisi Avropa çempionatında mübarizəyə başlayır


 

Azərbaycan minifutbol millisi Avropa çempionatında mübarizəyə başlayır<b style="color:red"></b>

Bu gün minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında ilk oyununu keçirəcək.

525.az xəbər verir ki, F qrupunda yer alan yığma startda Avstriya seçməsi ilə qarşılaşacaq.

"Tipos Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan minifutbol millisi qrupda növbəti matçlarını mayın 29-da İtaliyaya, 30-da isə Fransaya qarşı keçirəcək.

 





28.05.2026    çap et  çap et