525.Az

İsmayıllıda çayda köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib - FHN


 

İsmayıllıda çayda köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib -<b style="color:red"> FHN</b>

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Girdiman çayının İsmayıllı rayonu, Zərnava kəndindən keçən hissəsində vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

525.az-a nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Niva” markalı minik avtomobilinin çayda suyun güclü axını nəticəsində hərəkət edə bilməməsi səbəbindən vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində avtomobildə köməksiz vəziyyətdə qalan 5 nəfər (kişi cinsli) xilas edilib.

 





28.05.2026    çap et  çap et