525.Az

Avrokuboklara düşə bilmədilər, baş məşqçi göndərildi


 

Avrokuboklara düşə bilmədilər, baş məşqçi göndərildi<b style="color:red"></b>

İtaliya A seriyasında baş məşqçi ayrılığı gerçəkləşib.

525.az xəbər verir ki, "Bolonya" Vincentso İtalyano ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

48 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Vincentso İtalyano 2024-cü ilin yayından "Bolonya"nı çalışdırırdı. Komanda A seriyasında 2025/26 mövsümünü 56 xalla 8-ci pillədə başa vurub və avrokuboklara vəsiqə qazana bilməyib.

 





28.05.2026    çap et  çap et