Nakuru şəhərində yerləşən Utumuşi qızlar məktəbinin yataqxanasında baş verən yanğın faciə ilə nəticələnib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın gecə 2 radələrində, şagirdlərin yatdığı vaxt başlayıb və qısa zamanda geniş əraziyə yayılıb.
Hadisə yerinə dərhal bir neçə yanğınsöndürmə, təcili tibbi yardım və xilasedici briqada göndərilib. Onlar qısa zamanda alovu ram edə və faciənin böyüməsinin qarşısını ala biliblər.
Təhsil naziri Miqos Oqambanın verdiyi məlumata görə azı 16 şagird həyatını itirib. 79 nəfər yanıq xəsarətləri və tüstüdən zəhərlənmə ilə xəstəxanalara yerləşdirilib. Onlardan yeddisinin vəziyyəti ağırdır.
Yanğının baş vermə səbəbləri hələlik dəqiq bəlli deyil, araşdırma aparılır.
Qeyd edək ki, hadisə zamanı yataqxanada ümumilikdə 808 şagirdin olduğu bildirilir.
L.Tağıyeva
çap et