Qlobal əmtəə bazarlarında neft 1 dollara yaxın ucuzlaşıb.
525.az xəbər verir ki, Nyu-York Əmtəə Birjasında (NYMEX) ABŞ-ın WTI markalı neftinin iyul fyuçerslərinin qiyməti 0,94% və ya 0,84 ABŞ dolları azalaraq bir barel üçün 88,06 ABŞ dollarına düşüb.
Londonun Qitələrarası Birjasında (ICE) isə Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 0,76% və ya 0,71 ABŞ dolları azalaraq 93,00 ABŞ dolları təşkil edib.
çap et