525.Az

Qaxda 4 tondan artıq çətənə kolu məhv edilib


 

Qaxda 4 tondan artıq çətənə kolu məhv edilib<b style="color:red"></b>

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Əlibəyli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

525.az-a bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi çəkisi 4 ton 200 kiloqram olan 9692 ədəd çətənə kolu məhv edilib.

 





30.05.2026    çap et  çap et