525.Az

119 nömrəli marşrutun avtobusları dəyişdirilir


 

119 nömrəli marşrutun avtobusları dəyişdirilir<b style="color:red"></b>

119 nömrəli müntəzəm marşrutun avtobusları dəyişdirilir.

525.az-a bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

İyunun 1-dən Xırdalan şəhərini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 119 nömrəli müntəzəm marşrut üzrə avtobuslar dəyişdiriləcək.

Ümumilikdə 20 avtobus 5-6 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN təşkil edir.

 





31.05.2026    çap et  çap et