525.Az

Əfqanıstanda avtobus aşıb - 22 ölü, 36 yaralı


 

Əfqanıstanda avtobus aşıb - <b style="color:red"> 22 ölü, 36 yaralı</b>

Əfqanıstanın şərqindəki Laqman əyalətində Pakistandan qayıdan qaçqınları daşıyan avtobus aşıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəzaya səbəb sürücünün yuxulaması olub. Nəticədə yoldan çıxan avtobus Kabil-Cəlalabad magistralının Surxakan ərazisi yaxınlığındakı xəndəyə aşıb.

Qəza nəticəsində 22 nəfər ölüb, 36 nəfər yaralanıb. Ölənlər arasında 10 uşaq və 5 qadın var.

Qonşu Nanqarhar əyalətindəki xəstəxanalara çatdırılan yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

İbrahim Cəfərov

 





01.06.2026    çap et  çap et