525.Az

Nigeriya ordusu 31 girovu xilas etdi


 

Nigeriya ordusu 31 girovu xilas etdi<b style="color:red"></b>

Nigeriya ortusu silahlı dəstə üzvlərinə qarşı əməliyyat keçirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nigeriya ordusunun sözçüsü David Adevusi yaydığı açıqlamada bildirib.

O, ordunun Zamfara və Katsina əyalətlərində silahlı dəstə üzvlərinə qarşı əməliyyat keçirdiyini deyib.

Adevusi qeyd edib ki, Zamfara əyalətinin Maradun və Gidan Dan Jaja bölgələrində keçirilən əməliyyatlarda 2 silahlı dəstə üzvü öldürülüb, dəstələr tərəfindən girov saxlanılan 31 nəfər xilas edilib.

O, həmçinin Katsina əyalətinin Ruvan Qodiya bölgəsində 3 silahlı dəstə üzvünün öldürüldüyünü, dəstə üzvlərinə məxsus çoxlu motosiklet və əhəmiyyətli silah-sursatın ələ keçirildiyini bildirib.

İbrahim Cəfərov

 





01.06.2026    çap et  çap et