525.Az

Hindistanda fırtına - 28 nəfər ölüb


 

Hindistanda fırtına - <b style="color:red"> 28 nəfər ölüb</b>

Hindistanın müxtəlif ştatlarında güclü yağışlar və tufanlar gündəlik həyata mənfi təsir edib.

525.az “Hindustan Times” qəzetinə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 28 nəfər həyatını itirib.

Ən çox ölümün baş verdiyi Uttar Pradeş ştatında 2 nəfər ildırım vurması nəticəsində, 3 nəfər güclü yağış və fırtına nəticəsində evin üzərinə ağacın aşması, 6 nəfər isə tikilməkdə olan körpünün uçması nəticəsində həlak olub.

Fırtına nəticəsində bir çox heyvan tələf olub, bəzi binalara ziyan dəyib.

Qərbi Benqal və Bihar ştatlarında güclü tufan və ildırım vurması nəticəsində yeddi nəfər həyatını itirib.

Madhya Pradesh ştatında güclü yağışlar nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Meteoroloqlar ölkənin şimalında bəzi ərazilərdə əlverişsiz hava şəraitinin davam edə biləcəyi barədə xəbərdarlıq edib.

İbrahim Cəfərov

 





01.06.2026    çap et  çap et