525.Az

Bədxassəli şişləri yox edən dərman 


 

Bədxassəli şişləri yox edən dərman <b style="color:red"></b>

Britaniyalı alimlər bədxassəli xərçəng şişlərinə qarşı effektiv dərman vasitəsi hazırlayıblar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu dərman vasitəsi əksər hallarda şişləri tamamilə yox edir.

11 ölkədən olan 102 xəstə üzərində aparılmış təcrübə bunu deməyə əsas verir. Belə ki, beynində və boyun nayihəsində şiş olan könüllü xəstələrə bu preparat vurulduqdan sonra 48 xəstədə şişlər balacalaşıb, 15 nəfərdə isə tamamilə yoxa çıxıb. Üstəlik, bu xəstələrin əvvəl aldıqları müalicələrin effektiv olmadığını da bildirək.

Qeyd edək ki, təcrübənin detalları hazırda Çikaqoda keçirilən onkologiya üzrə konferensiyada ictimaiyyətə təqdim olunacaq.

L.Tağıyeva

 





01.06.2026    çap et  çap et