Hokkey üzrə Norveç millisi dünya çempionatları tarixində ilk medalını qazanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, İsveçrədə keçirilən birincilikdə norveçlilər 3-cü yer uğrunda qarşılaşmada güclü Kanada millisini 3:2 hesabı ilə məğlub ediblər.
Bununla da onlar tarixlərində ilk dəfə medal sevinci yaşayıblar. Yeri gəlmişkən, əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunda qalib overtaymda müəyyənləşib.
Qeyd edək ki, buna kimi Norveç millisinin dünya çempionatlarında ən yaxşı nəticəsi 1951-ci ildəki dünya çempionatında tutduğu 4-cü yer idi.
L.Tağıyeva
çap et