525.Az

Türkiyədə avtobus qəzası, 8 ölü


 

Türkiyədə avtobus qəzası, 8 ölü<b style="color:red"></b>

Dənizlidə sərnişin avtobusu yol kənarındakı baryerə çırpılıb.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzadan dərhal sonra avtobusda yanğın başlayıb və qısa zamanda tamamilə yanıb.

Nəticədə 8 nəfər həyatını itirib. Onlardan biri 9 aylıq körpədir. 33 nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, İzmirdən Antalyaya gedən avtobusun hansı səbəbdən qəzaya düşməsi hələlik bəlli deyil.

L.Tağıyeva

 





01.06.2026    çap et  çap et