525.Az

Myanmada partlayış, 46 nəfər həyatını itirdi 


 

Myanmada partlayış, 46 nəfər həyatını itirdi <b style="color:red"></b>

Namkham əyalətində güclü partlayış faciə ilə nəticələnib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən günorta saatlarında Kaunqtup kəndində yerləşən və qazıntı işləri üçün nəzərdə tutulan partlayıcı maddələrin saxlandığı anbarda baş verib.

Partlayış o qədər güclü olub ki, ətrafda 100-dən çox ev dağılıb. Gecəyə olan məlumata görə 46 nəfər həyatını itirib. Onlardan 6-ı uşaqdı. 70 nəfər yaralanıb. Bir neçə təyaralınln vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, partlayışın hansı səbəbdən baş verməsi dəqiq bilinmir.

L.Tağıyeva

 





01.06.2026    çap et  çap et