525.Az

Nizami rayonunun bir hissəsində müvəqqəti işıq olmayacaq


 

Nizami rayonunun bir hissəsində müvəqqəti işıq olmayacaq<b style="color:red"></b>

Bu gün paytaxtın Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan 525.az-a verilən məlumata görə, iyunun 1-də Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində təmir-təftiş işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Rüstəm Rüstəmov və Nəsimi küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə, təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

 





01.06.2026    çap et  çap et