525.Az

Qanunsuz saxlanılan silahlar aşkarlanıb


 

Qanunsuz saxlanılan silahlar aşkarlanıb<b style="color:red"></b>

Mayın 30-da və 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng, 5 patron darağı və 79 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu barədə 525.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

 





01.06.2026    çap et  çap et