525.Az

DSMF Sumqayıtda ictimai dinləmə təşkil edəcək


 

DSMF Sumqayıtda ictimai dinləmə təşkil edəcək<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən iyunun 12-də saat 15:00-da Sumqayıtda şəhərin ictimaiyyət nümayəndələrinin iştirakı ilə pensiya və sosial müavinətlərə dair ictimai dinləmə keçiriləcək.

Bu barədə 525.az-a DSMF-dən məlumat verilib.

“İctimai dinləmədə iştirak etmək istəyirsinizsə, DSMF-nin Sumqayıt şəhərində yerləşən Abşeron-Xızı Regional Filialına yaxınlaşıb, eləcə də fondun sosial şəbəkə hesabları vasitəsilə müraciət edib, qeydiyyatdan keçə bilərsiniz”, - deyə məlumatda vurğulanıb.

 





01.06.2026    çap et  çap et