525.Az

Azad edilmiş ərazilərdə ötən ay 284 mina, 1537 PHS aşkarlanıb


 

Azad edilmiş ərazilərdə ötən ay 284 mina, 1537 PHS aşkarlanıb<b style="color:red"></b>

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən ötən ay icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) 525.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə may ayında 173 piyada əleyhinə mina, 111 tank əleyhinə mina, 1537 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 7520, 2 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

 





01.06.2026    çap et  çap et