Rusiya prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
525.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, iki lider 29 mayda Astanada keçirilən Avrasiya İqtisadi İttifaqının sammitinin nəticələrini müzakirə ediblər.
Bundan əvvəl Putin Paşinyana ad günü münasibətilə təbrik məktubu ünvanlayıb. Rusiya lideri Moskvanın İrəvanla münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.
Pərvanə Sultanova
çap et