525.Az

İstirahət günü Azərbaycanda gəzinti havası olacaq


 

İstirahət günü Azərbaycanda gəzinti havası olacaq<b style="color:red"></b>

Sabah Azərbaycan ərazisində hava şəraiti sabit və yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər və axşam yarımadanın bəzi yerlərində duman olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10, gündüz 12-17 dərəcə isti olacaq.

Dekabrın 2-də ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi, mülayim cənub küləyinin əsəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Gecə və səhər hava şəraitinin az çiskinli olacağı ehtimalı var. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 13-18, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

 





01.12.2012    çap et  çap et