525.Az

"Fransanın “Taqor” tankerini saxlaması qanunsuzdur" - Peskov


 

"Fransanın “Taqor” tankerini saxlaması qanunsuzdur" - <b style="color:red"> Peskov</b>

Kreml Fransanın “Taqor” tankerini saxlamasını qanunsuz və piratçılığa bənzər addım hesab edir.

525.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz bu cür hərəkətləri qanunsuz hesab edirik, onlar beynəlxalq piratçılığa yaxın addımlardır. Biz qarşı tərəfin beynəlxalq hüquqa tam uyğun şəkildə hərəkət etməsinə dair iddiaları ilə qətiyyən razı deyilik", - Peskov deyib.

Daha əvvəl Fransa prezidenti Emmanuel Makron ölkəsinin Hərbi Dəniz Qüvvələrinin Rusiyadan gələn “Taqor” tankerini saxladığını açıqlayıb. O əlavə edib ki, gəmi beynəlxalq sanksiyalar altındadır.

Pərvanə Sultanov

 





01.06.2026    çap et  çap et