İran və ABŞ müharibənin sona çatması ilə bağlı mümkün razılaşmanın BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə dəstəklənməsini tələb edən bənd daxil ediblər.
525.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai deyib.
"Biz hələ də ümumi müddəaları müzakirə edirik. 14 bənd yalnız əsas elementləri əhatə edir. Əgər razılaşma əldə olunarsa, bu, BMT Təhlükəsizlik Şurasının qətnaməsi şəklində olmalıdır", - o bildirib.
XİN rəsmisi əlavə edib ki, Tehran BMT Təhlükəsizlik Şurasının qətnaməsinin razılaşmanın icrasına zəmanət verəcəyinə inanmır. Çünki İran tərəfi artıq beynəlxalq hüquqi mexanizmlərin əldə edilmiş razılaşmalara riayət olunmasını təmin etmədiyinə dair mənfi təcrübələrə malikdir.
Pərvanə Sultanova
çap et