525.Az

Pakistanın XİN başçısı Kallasla qlobal təhlükəsizliyi müzakirə edib 


 

Pakistanın XİN başçısı Kallasla qlobal təhlükəsizliyi <b style="color:red"> müzakirə edib </b>

Pakistanın xarici işlər naziri İshaq Dar Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Kaya Kallasla ABŞ-İran münaqişəsi də daxil olmaqla, regional və qlobal təhlükəsizlik məsələlərini müzakirə edib.

525.az xəbər verir ki, bu barədə pakistanlı nazir Aİ-Pakistan Strateji Dialoqunun 8-ci raundundan sonra brifinqdə deyib.

“Biz, həmçinin ABŞ-İran münaqişəsi, Cənubi Asiya, Əfqanıstan, Avropa və Yaxın Şərqdəki təhlükəsizlik vəziyyəti daxil olmaqla regional və qlobal məsələlər barədə dərin fikir mübadiləsi apardıq”, - Dar bildirib.

O, ABŞ-İran münaqişəsinin həllidə Pakistanın vasitəçilik səylərinə verdiyi dəstəyə görə Avropa İttifaqına təşəkkür edib və İslamabadın hərtərəfli və uzunmüddətli həll yolu üzərində işləməyə davam etmək öhdəliyini bir daha təsdiqləyib.

XİN başçısının sözlərinə görə, tərəflər ticarət, investisiya, miqrasiya və terrorizmə qarşı mübarizə sahələrində əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Nazir vurğulayıb ki, Aİ Pakistanın əsas iqtisadi tərəfdaşlarından biridir və ticarət həcmi 12 milyard dollara çatır. İslamabad və Brüssel mövcud qarşılıqlı əlaqə səviyyəsini hərtərəfli və qarşılıqlı faydalı tərəfdaşlığa çevirməyə sadiqdirlər.

Pərvanə Sultanova

 





01.06.2026    çap et  çap et