525.Az

Bəzi ərazilərdə yağış yağacaq - XƏBƏRDARLIQ


 

Bəzi ərazilərdə yağış yağacaq - <b style="color:red"> XƏBƏRDARLIQ</b>

İyunun 2-si səhər Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 3-ü gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

525.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

 





01.06.2026    çap et  çap et