525.Az

Azərbaycan və Özbəkistan energetika nazirlərinin görüşü olub


 

Azərbaycan və Özbəkistan energetika nazirlərinin görüşü olub<b style="color:red"></b>

“Bakı Enerji Forumu” çərçivəsində energetika naziri Pərviz Şahbazovla Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov arasında görüş keçirilib.

525.az-a bu barədə nazirlikdən bildirilib.

Görüşdə enerji əməkdaşlığının inkişafından məmnunluq ifadə edilib. Neft və neft- kimya məhsullarının təchizatı üzrə dinamika müsbət qiymətləndirilib. Bu məhsulların ticarəti üzrə əməkdaşlığın genişləndirilməsi imkanları, həmçinin Üstyurt geoloji kəşfiyyat layihəsinin icrası müzakirə edilib.

Görüşdə “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” ilə bağlı da fikir mübadiləsi aparılıb.

 





01.06.2026    çap et  çap et