525.Az

İkinci Dünya müharibəsindən qalan sursat partladı - 5 ölü


 

İkinci Dünya müharibəsindən qalan sursat partladı - <b style="color:red"> 5 ölü</b>

İndoneziyanın Papua bölgəsindəki bir balıqçı kəndində İkinci Dünya müharibəsi dövrünə aid olduğu güman edilən sursat partlayışa səbəb olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 5 nəfər ölüb, 19 nəfər yaralanıb, 3 nəfər isə itkin düşüb.

Bu barədə Papua polisinin sözçüsü Cahyo Sukarnito məlumat verib.

"Partlayışın mənbəyi böyük ehtimalla, İkinci Dünya müharibəsindən qalma bomba və ya minaatan mərmisidir”, - deyə o bildirib.

C.Sukarnito 3 nəfərin itkin düşdüyünü, bəzi insan qalıqlarının tapıldığını, lakin onların şəxsiyyətinin hələ müəyyən olunmadığını əlavə edib.

İbrahim Cəfərov

 





02.06.2026    çap et  çap et