Yaponiyanın Okinava adasına yaxınlaşan “Canqmi” qasırğası ciddi fəsadlara yol açıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumar yayıb.
Qeyd olunub ki, Naha şəhərinin cənub-qərbindən şimala doğru hərəkət edən tayfun Okinavada güclü küləyə səbəb olub. Külək nəticəsində 2 nəfər xəsarət alıb, ən azı 560 reys ləğv edilib.
Bundan əlavə, bir çox avtobus və qatarların hərəkəti ehtiyat tədbiri olaraq dayandırılıb.
Okinava Elektrik Şirkəti cəmi 4260 ev təsərrüfatının elektrik enerjisinin müvəqqəti kəsildiyini açıqlayıb. Okinava sakinləri tayfun narahatlığına görə supermarketlərə axışdıqları üçün bir çox rəflərin boş olduğu müşahidə edilib.
Mütəxəssislər xəbərdarlıq ediblər ki, küləyin sürəti saatda 180 kilometrə çata bilər və yaxın 24 saat ərzində Okinava və Amamidə 250 millimetrə qədər yağıntı gözlənilir. Riskli ərazilərdə yaşayan sakinlərə yüksək dalğalar, daşqınlar, torpaq sürüşmələri və uçan obyektlərin törətdiyi qəzalardan ehtiyatlı olmaları barədə xəbərdarlıq edilib.
İbrahim Cəfərov
çap et