525.Az

Cənubi Koreyada zavodda partlayış - 5 ölü, 2 yaralı


 

Cənubi Koreyada zavodda partlayış - <b style="color:red"> 5 ölü, 2 yaralı</b>

Cənubi Koreyanın müdafiə və aerokosmik şirkəti “Hanwha Aerospace” tərəfindən idarə olunan zavodda partlayış baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Daejeon şəhərində raket yanacağı istehsalı müəssisəsində baş verən partlayışda 5 nəfər ölüb, 2 nəfər yaralanıb. Səlahiyyətlilər ağır yanıqlar səbəbindən yaralılardan birinin vəziyyətinin ağır olduğunu bildiriblər.

Cənubi Koreya prezidenti Li Jae Myunq partlayışın səbəbinin dərhal araşdırılması ilə bağlı göstəriş verib.

İbrahim Cəfərov

 





02.06.2026    çap et  çap et