525.Az

İran Küveytə raket zərbələri endirib - 1 ölü, 63 yaralı


 

İran Küveytə raket zərbələri endirib -<b style="color:red"> 1 ölü, 63 yaralı</b>

İran Küveytə raket və dron zərbələri endirib.

525.az xəbər verir ki, bu barədə Küveyt Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, hava limanını hədəf alan hücumda 1 nəfər ölüb, 63 nəfər isə yaralanıb.

Açıqlamada həmçinin, hücumlar nəticəsində bəzi həyati əhəmiyyətli obyektlərin, o cümlədən diplomatik nümayəndəliklərin zədələndiyi vurğulanıb:

“İran tərəfindən bölgədə gərginliyi artıran, təhlükəsizlik və sabitliyi pozan bu hücumlar qəbuledilməzdir”.

Həmçinin, hücumların Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2026-cı il tarixli 2817 saylı qətnaməsini açıq şəkildə pozduğu qeyd edilib.

İbrahim Cəfərov

 





04.06.2026    çap et  çap et