525.Az

İranda polisi öldürən şəxs edam edildi


 

İranda polisi öldürən şəxs <b style="color:red"> edam edildi</b>

İranda polis məmurunu qəsdən öldürməkdə təqsirli bilinən şəxs edam edilib.

525.az xəbər verir ki, bu barədə “Təsnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, edam olunan Fəthullah Averi yanvar hadisələri zamanı Həmədanda mayor Məhəmməd Cavad Bəhşiyanı qəsdən öldürməkdə təqsirli bilinib.

Vurğulanıb ki, müttəhim məhkəmə zamanı Bəhşiyanı bıçaqlayaraq öldürdüyünü etiraf edib.

Edam bu gün səhər İnqilab Məhkəməsinin qərarını Ali Məhkəmənin qüvvədə saxlamasından sonra həyata keçirilib.

İbrahim Cəfərov

 





04.06.2026    çap et  çap et