525.Az

Hindistanda oteldə yanğın - 21 nəfər həyatını itirdi 


 

Hindistanda oteldə yanğın - <b style="color:red"> 21 nəfər həyatını itirdi </b>

Dünən Paytaxt Dehlidə "Flourish Stay" otelində güclü yanğın baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 21 nəfər həlak olub.

Bu barədə yerli polis idarəsi məlumat yayıb. Məlumatda həmçinin, 40-dan çox insanın müxtəlif dərəcəli bədən xəsarətiləri aldığı bildirilir. Ölənlərin əksəriyyəti müalicə məqsədilə Dehliyə gələn Afrika ölkələrinin vətəndaşlarıdır. Yanğının hansı səbəbdən başlandığı barədə məlumat verilmir.

Qeyd edək ki, ölkənin Baş naziri Narendra Modi sosial şəbəkə hesabında status paylaşaraq yanğını faciə adlandırıb.

L.Tağıyeva

 





04.06.2026    çap et  çap et