Yaponiyada leysan yağışlar və güclü külək çayların sularının təhlükəli səviyyəyə qalxmasına səbəb olub, nəqliyyatda ciddi problemlər yaradıb.
525.az “Kyodo News”a istinadən xəbər verir ki, Tokioda daşqınlar və torpaq sürüşmələri baş verib, tayfun nəticəsində çoxlu sayda insan xəsarət alıb, minlərlə ev zərər çəkib.
Tayfun səbəbindən Okinava və Kaqosima bölgələrində 47 mindən çox ev işıqsız qalıb, 15 nəfər yüngül xəsarət alıb və 6 evə ziyan dəyib.
İbrahim Cəfərov
çap et