525.Az

ABŞ-də banka hücum edən şəxs öldürülüb


 

ABŞ-də banka hücum edən şəxs öldürülüb<b style="color:red"></b>

Dünən Kaliforniya ştatının Beykersfild şəhərində naməlum şəxs "Chase" bankının şöbələrindən birinə hücum edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, silahlı kişi bir neçə nəfəri girov götürüb.

Qısa zamanda əraziyə polis və FTX əməkdaşları cəlb olunub. Yerli polisin verdiyi məlumata görə, bir qədər sonra cinayətkar öldürülüb. Girovlar arasında xəsarət alan yoxdur.

Qeyd edək ki, cinayətkarın kimliyi və motiv barədə hələlik ictimaiyyətə açıqlama verilməyib.

L.Tağıyeva

 





04.06.2026    çap et  çap et