525.Az

19 yaşlı qız akulanın hücumuna məruz qaldı


 

19 yaşlı qız akulanın hücumuna məruz qaldı<b style="color:red"></b>

Braziliyada 19 yaşlı qız akulanın hücumuna məruz qalıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Boa-Viajem çimərliyində baş verib.

Qız sahilə yaxın ərazidə üzərkən akula onun sağ ayağını dişləyib. Qardaşının köməyi ilə kınara çıxarılan zərərçəkənin bəxtindən həmin vaxt ərazidə həkim olub. Məhz o qanaxmanı dayandıraraq qızı ölümdən xilas edib.

Qeyd edək ki, xəstəxanada yaralının həyatı xilas olunsa da, həkimlər onun ayağını amputasiya etmək məcburiyyətində qalıblar.

L.Tağıyeva

 





04.06.2026    çap et  çap et