525.Az

Pakistanda toz fırtınası - 1 nəfər ölüb, 9 nəfər isə yaralanıb


 

Pakistanda toz fırtınası - <b style="color:red"> 1 nəfər ölüb, 9 nəfər isə yaralanıb</b>

Pakistanın Pəncab əyalətində güclü külək və toz fırtınaları onlarla evdə yanğınlara səbəb olub.

525.az “Dawn” qəzetinə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində bir nəfər ölüb, çoxlu heyvan tələf olub, tonlarla buğdaya ziyan dəyib.

Təbii fəlakət nəticəsində Alipur Tehsil bölgəsində 46 ev yanıb, 5 nəfər yaralanıb.

Racanpur bölgəsində isə fırtınaların törətdiyi qəzalarda 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

İbrahim Cəfərov

 





04.06.2026    çap et  çap et